Ermənipərəst parlamentarinin islam əleyhdarı fəallarla əlaqələri ÜZƏ ÇIXDI – FOTObackend

Ermənipərəst parlamentarinin islam əleyhdarı fəallarla əlaqələri ÜZƏ ÇIXDI - FOTO

Britaniyada ermənipərəst parlamentari Baronessa Koksla İslam əleyhdarı fəallar arasında əlaqələr üzə çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Sky News yayıb.

Qeyd olunur ki, Lordlar Palatasının qalmaqallı üzvü Baronessa Koksun tanınmış anti-islam fəalları ilə əlaqələrini üzə çıxaran mühüm sənədlərin sızmasından sonra maliyyə maraqlarını bəyan etmək məcburiyyətində qalıb.

Baronessa Koks ortodoks xristian qrupları ilə əlaqəli yevangelist xeyriyyəçilər tərəfindən idarə olunan Amerika təşkilatından və eynicinsli nikahlara qarşı kampaniyalardan maliyyə aldı.

Sənədlər də göstərir ki, o, mütəmadi olaraq İslamın tanınmış tənqidçiləri ilə görüşüb.

Baronessa Koks bildirib ki, qeyri-kommersiya şirkəti olan Equal and Free Limited-dən aldığı dəstəyi qeydiyyatdan keçirməməsinin səbəbi, sadəcə olaraq  “unutması” və alınan məbləğin onun parlament tədqiqatçısının maaşına sərf edilməsidir.

Məlumatda o da qeyd olunur ki, Baronessa Koksun şirkətin ödənişsiz direktoru olduğunu bəyan etməyib.

Sızdırılan sənədlər arasında Baronessa Koksun parlament palatalarına çağırdığı və İslamın tanınmış tənqidçilərinin iştirak etdiyi müntəzəm görüşlər barədə məlumatlar var.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*