“Ermənistan-Aİ-ABŞ görüşü Ermənistana konkret dəstək məqsədi daşıyır”backend

“Ermənistan-Aİ-ABŞ görüşü Ermənistana konkret dəstək məqsədi daşıyır"

“Aprelin 5-də keçiriləcək Ermənistan-Aİ-ABŞ görüşünün məqsədi Ermənistana konkret dəstək vermək və bu məsələdə Avropa və ABŞ-nin səylərini birləşdirməkdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Fransanın Ermənistandakı səfiri Olivier Dekotiqni bildirib.

“Bu, həm də Ermənistanın Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 100 mindən çox qaçqının ölkəyə gəlişi zamanı qəbul etdiyi qərarları xatırlatmaq üçün edilir. Qaçqınların qəbulu ilə bağlı problemlər hələ də ölkə üçün həssasdır”, – Dekotiqni OTA-ya müsahibəsində bildirib.

O, həmçinin Rusiya Federasiyasının regiondan sıxışdırılması cəhdi ilə bağlı bəyanatlara münasibət bildirərək görüşün Moskvanın maraqlarına qarşı yönəlmədiyini bildirib.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında danışıqların keçirilməsi planlaşdırılır. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin sözlərinə görə, görüş Ermənistan-Azərbaycan sülh prosesinə aid deyil, Ermənistanda islahatlara, onun demokratiyasına, iqtisadiyyatına və davamlılığına həsr olunub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*