“Ermənistan Arsaxsız məhvə məhkumdur” – Qalstyanbackend

"Ermənistan Arsaxsız məhvə məhkumdur" - Qalstyan

“Hakimiyyət anlamadı ki, Ermənistan Arsaxsız məhvə məhkumdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Ermənistan” müxalifət fraksiyasının üzvü Lilit “Armenia Today”ə müsahibəsində deyib.

“Qazanan tərəf həmişə qələbədən maksimum nəticə çıxarmağa çalışır, Azərbaycan rəhbərliyi Laçın rayonu ərazisində nəzarət-buraxılış məntəqələri yerləşdirməklə Arsaxı Ermənistandan kəsməyə cəhd edir”, -deyə  Qalstyan sərsəmləyib.

Lilit Qalstyan deyib ki, əgər Bakı Laçın rayonunda nəzarət-buraxılış məntəqələri qurarsa, müstəsna risklər var.

“Təəssüf ki, hakimiyyət və elektoratın əhəmiyyətli bir hissəsi başa düşmədi ki, Ermənistan və Arsax eyni təhlükəsizlik sistemindədir və Arsaxsız Ermənistan ola bilməz və əksinə”,- deputat sayıqlayıb.

Qalstyan bildirib ki, bu gün ən böyük problem ölkədəki mənəvi-psixoloji vəziyyət və hazırkı hakimiyyətdə mütləq siyasi iradənin olmamasıdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*