“Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidəçilərinin yerləşdirilməsi məsələsi müzakirə olunur”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün deyib. O bildirib ki, Qarabağ münaqişəsinin nizamlanması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərindən istifadə imkanları müzakirə olunur.
O, bu barədə MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyətinin 18-ci iclası zamanı bildirib.
“Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında, xüsusilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ümumiyyətlə, sərhədlərin normallaşdırılmasına dair razılaşmaların həyata keçirilməsinə kömək etmək, Bakı ilə İrəvan arasında münasibətlərin inkişafı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərindən istifadə imkanları, o cümlədən müvafiq sazişin imzalanması müzakirə edilir.
Düşünürəm ki, MDB-dən də dəstək tələb olunacaq”, – Lavrov əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
