“Ermənistan çox konkret təkliflər verib və Azərbaycandan konstruktiv cavab gözləyir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə deyib.
“Biz təbii ki, regionumuzda sülhün və sabitliyin bərqərar olmasına və möhkəmləndirilməsinə yönəlmiş cari proseslərin müzakirəsini diqqətdən kənarda qoymuruq. Mən Kobaxidzeyə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin inkişafını təqdim etdim. Ermənistan qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə çox konkret təkliflər və həll yolları təqdim edib. Azərbaycandan konstruktiv cavab gözləyirik. Ermənistan hökuməti sülh gündəminin irəliləməsinə sadiqdir və bu istiqamətdə fəal səylərini davam etdirəcək”, – Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu şərəfsizlər hər dəfə təklif göndərəndən sonra, göndərdikləri təkliflər əsasında sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edirlər. Uduzan dövlət nə haqla təklif verir? Nə üçün Azərbaycan XİN hər göndərilən şərtlərdən sonra, göndərilən şərtlərlə sülh sazişi imzalamağa hazır olduğumuzu bildirməklə onların ağzını bağlayıb, gic-gic şərhlər vermələrinin və s. qarşısını almır?