Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Rusiya qiymətləri qaldıracağı təqdirdə İrəvanın Azərbaycandan və digər ölkələrdən qaz ala biləcəyini istisna etməyib.
KONKRET.az xəbər verir ki, jurnalistlərin “Ermənistan hansı ölkədən qaz almağa başlayacaq?” sualına Simonyan “mümkün olan hamıdan” cavabını verib: “Birincisi, iynə üzərində yaşamaq olmaz. İkincisi, kim deyib ki, biz bir ölkədən asılılığı digər ölkədən asılılığa dəyişməyə hazırlaşırıq? Biz mümkün olan hər yerdən qaz alacağıq: əgər Rusiya qaz versə, Rusiyadan alacağıq, əgər Azərbaycan versə, Azərbaycandan alacağıq, İran versə, İrandan alacağıq, Türkiyənin qaz tədarük etmək imkanı yaranarsa, ondan da alacağıq”.
Ağagül Mürsəlov,
KONKRET.az
