Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi AÇACAQbackend

Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi AÇACAQ

Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə bildirilir.

Hökumətin qərar layihəsi hüquqi aktların dərci üçün olan vahid internet saytında yerləşdirilib. Təklif olunan dəyişikliklərə əsasən, avtomobillə sərhəd-keçid məntəqələrinin sayı artırılacaq.

O cümlədən, Ermənistan-Azərbaycan dövlət sərhədində buraxılış məntəqələrinin açılması təklif edilir.

Layihədə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının Azərbaycan toponimləri də göstərilir: “Zod” (“Kəlbəcər”), “Arazdəyən” (“Sədərək”), “Eyvazlı” (Qubadlı) keçid məntəqələri.

Layihənin qəbulu Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.

Layihə sentyabrın 2-dək ictimai müzakirəyə açıqdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*