“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır deyil”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu fevralın 17-də mətbuat konfransında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. O hesab edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır deyil.
“Məndə olan məlumata görə, Azərbaycan əvvəlcə delimitasiya, sonra sülh müqaviləsi tələb edib. İndi vəziyyət dəyişib və Azərbaycan saziş imzalamağa çalışır. Mən iki ölkə arasında belə bir sazişi ərazi bütövlüyünü qarşılıqlı tanınmadan təsəvvür edə bilmirəm. Bu, sadəcə olaraq, qeyri-mümkündür, düşünmürəm ki, məqsədlərimizə çatmaq üçün kifayət qədər danışıqlar resursu var”, – deyə Koçaryan bildirib.
Robert Koçaryanın sözlərinə görə, təhlükəyə düşməmək üçün Ermənistan tərəfi prosesi təxirə salmağa çalışacaq.
“Ordunun və sərhədlərin paralel olaraq güclənməsi düzgün olardı, lakin bu istiqamətdə heç bir iş görülmür. Əgər onlar əlavə vaxt istəsələr, bu arzuolunmaz inkişafı mümkün qədər təxirə salmaq olar. Əvvəllər diş ağrıyanda insanlar diş həkiminə getməmək üçün hər cür cəhd edirdilər, indi də vəziyyət eynidir”, – deyə Koçaryan vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
