Ermənistan hərbi cinayətlər törədib – ABŞ Dövlət Departamentibackend

Ermənistan hərbi cinayətlər törədib - ABŞ Dövlət Departamenti

Ermənistan hərbi cinayətlər törədib.

KONKRET.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin 2021-ci il İnsan Haqları Hesabatında, İnsan Hüquqları Təcrübələri üzrə 2021 Ölkə Hesabatlarında göstərilir ki, 2020-ci ildə etnik erməni silahlı qüvvələri azərbaycanlı hərbi əsirlərə işgəncə verib və yaralıları öldürüb.

“Azərbaycanlı hərbi əsirlərin öldürülməsi ilə bağlı dəlillər iki videoda var – videoların həqiqiliyinin müəyyən edilməsi Ermənistanın Cenevrə Konvensiyalarını, eləcə də Ermənistan Cinayət Məcəlləsini kobud şəkildə pozması deməkdir”, – hesabatda deyilir.

Sənəddə Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayıldakı Azərbaycan qəbiristanlıqlarının dağıdılması faktları da öz əksini tapıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*