Ermənistan İraqın kürd bölgəsinə mal idxalında Ukraynanı əvəz edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə sözügedən birliyin sədri Mustafa Əbdürrəhman bildirib. O deyib ki, Ukraynada müharibədən və bu ölkədən ixracının dayandırılmasından sonra sözügedən qurum bura tələb olunan malların idxalına alternativ tapmaq üçün Ermənistanla danışıqlara başlayıb.
İraqın kürd bölgəsinin İxracatçılar və İdxalçılar Birliyi bura lazımi malları idxal etmək üçün Ermənistanı Ukrayna ilə əvəz etməyə çalışır və bununla bağlı Ermənistanın Ərbildəki baş konsulu ilə danışıqlar aparılıb.
O, habelə qeyd edib ki, Ermənistan İraqın kürd bölgəsinə lazım olan məhsulları istehsal etmək imkanlarına sahibdir. Ermənistanın Ərbildəki baş konsulu ilə müzakirələrdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı və Ermənistandan idxalın artırılması yolları müzakirə olunub. Əbdürrəhmanın sözlərinə görə, Ermənistanın İraqla ticarətinin 90 faizi kürd bölgəsi ilə həyata keçirilir və ötən il tərəflər arasında ticarət həcmi 190 milyon dollara çatıb.
Xuraman Etibarlı,
KONKRET.az
