“Ermənistan milli qvardiyası” təşkilatı Şuşada terror törədən Norayr Mirzoyanın ailəsinə 1000 dollar yardım edəcək.
KONKRET.az xəbər verir ki, “mübarizə liderlərini tək qoymamaq hamımızın borcudur” – deyə təşkilat bəyan edir.
Bu, terrorun və digər ermənilərin Azərbaycana qarşı kamikadze hücumlarının təşviq edilməsidir. Və məsələ təkcə bir təşkilatın yardım etməsindən ibarət deyil: QHT kimi fəaliyyət göstərən “Ermənistan milli qvardiyası”nın əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var; terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran əslində Ermənistan dövlətidir.
Asif Nərimanlı
