Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru dindirildibackend

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru dindirildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan yanvarın 30-da İstintaq Komitəsinə çağırılıb.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə qurumun mətbuat katibi Naira Arutyunyan məlumat verib.

“Vanetsyan iki iş çərçivəsində dindirilib. Birincisi, qulaqasma işi. O, şahid qismində dindirilib. Bu iş çərçivəsində onun mobil telefonuna da baxış keçirilib. İkinci iş Ermənistan Futbol Federasiyasındakı sui-istifadə halları ilə bağlıdır. Vanetsyan şahid qismində ifadə verib”, – Arutyunyan deyib.

Xatırladaq ki, Vanetsyan ötən ilin sentyabrında baş nazir Nikol Paşinyanın idarəçiliyinə etiraz olaraq istefa verib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilən, sonra silinən istefa bəyanatında Vanetsyanın Paşinyana xitabən: “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” ifadələri yer almışdı.

Virtualaz.org

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*