Seçkilərin ilkin nəticəsi – Paşinyan sürətlə səs itirir – Yenilənibbackend

Seçkilərin ilkin nəticəsi - Paşinyan sürətlə səs itirir - Yenilənib

Seçkinin nəticələri yeniləndi.

KONKRET.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasına istinadla Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hazırda 2008 seçki məntəqəsindən artıq 501-də seçki bülletenləri sayılıb.

480 seçki məntəqəsinin nəticələri belədir:

1. Mülki Müqavilə Partiyası (Paşinyan) – 59%

2. “Ermənistan” Bloku (Köçəryan) – 18,37%

3. “Şərəf Duyuram” bloku (S.Sərkisyan) – 5,43%

4. Çiçəklənən Ermənistan (Çarukyan) – 5,14%

Son nəticələrə görə, N.Paşinyanın səs faizi 3 faizə qədər azalıb, Koçaryan isə səsini 1,2 faiz artırıb. S.Sarkisyanın bloku səsini artıraraq Çarukyanın partiyasından qabağa keçib.

***

01:10

Bildirilib ki, hazırda 2008 seçki məntəqəsindən artıq 408-də seçki bülletenləri sayılıb.

408 seçki məntəqəsinin nəticələri belədir:

1. Mülki Müqavilə Partiyası (Paşinyan) – 109.743 səs (60,9%)

2. “Ermənistan” Bloku (Köçəryan) – 32.277 səs (17,9%)

3. “Şərəf Duyuram” bloku (S.Sərkisyan) – 8.322 (4,6%)

4. Çiçəklənən Ermənistan (Çarukyan) – 7654 (4,2%).

Son nəticələrə görə, N.Paşinyanın səs faizi 1,5 faiz azalıb, Koçaryan isə səsini 0,7 faiz artırıb. S.Sərkisyanın bloku 0,1 faiz səsini artıraraq 0,3 faiz səs itirən Çarukyanın partiyasından qabağa keçib.

***

Seçkinin nəticələri yeniləndi.

00:45

KONKRET.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasına istinadla Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hazırda 2008 seçki məntəqəsindən artıq 360-da seçki bülletenləri sayılıb.

360 seçki məntəqəsinin nəticələri belədir:

1. Mülki Müqavilə Partiyası (Paşinyan) – 91.431 səs (62,4%)

2. “Ermənistan” Bloku (Köçəryan) – 25.257 səs (17,2%)

3. Çiçəklənən Ermənistan (Çarukyan) – 6.531 (4,5%)

4. “Şərəf Duyuram” bloku (S.Sərkisyan) – 6.665 (4,5%).

***

00:13

Ermənistanda seçkilərin ilkin nəticəsi açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Teleqram kanalları Mərkəzi Seçki Komissiyasına istinadla məlumat yayıb.

Hazırda 2008 seçki məntəqəsindən 268-də seçki bülletenləri sayılıb. 268 seçki məntəqəsinin nəticələri belədir:

1. Mülki Müqavilə Partiyası (Paşinyan) – 58.559 səs (62,8%)

2. “Ermənistan” Bloku (Köçəryan) – 17.004 səs (17,5%)

3. Çiçəklənən Ermənistan (Çarukyan) – 4.281 səs (4,4%)

4. “Şərəf Duyuram” bloku (S.Sərkisyan) – 3.646 səs (3,7%).

Qeyd edək ki, Ermənistan və Rusiya mediası təxminən 80 məntəqənin nəticəsinə əsasən Nikol Paşinyanın Mülki Müqavilə Partiyasının 58,04, Köçəryanın “Ermənistan” blokunun isə 22,01 faiz səs topladığını yazıb

***

23:49

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Mülki razılaşma” partiyası 58,04% səslə liderlik edir, sabiq prezident Robert Köçəryanın bloku 22,01% səslə ikinci yerdədir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu seçki məntəqələrinin təxminən 4%-nin nəticələrinin MSK tərəfindən hesablanması barədə əldə olunmuş məlumatlar göstərir.

MSK-nın məlumatına görə, keçmiş prezident Serj Sarqsyanın “Mənim şərəfim var” bloku 5,66% səs qazanaraq üçüncü yerdədir, dördüncü yerdə isə 5,11% səslə iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası yer alıb.

  • Aslan
    İyun 21, 2021 - 00:28

    çiçəklənən ermənistan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*