Ermənistan Müdafiə Nazirliyi Ermənistan Baş naziri, Rusiya və Azərbaycan prezidentləri tərəfindən imzalanmış üçtərəfli razılaşmanın tələblərinə əməl etmək niyyətində olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, Nazirliyin bəyanatında qeyd olunur ki, Ermənistan silahlı qüvvələri atəşkəs razılaşmasının bəndlərinin bir hissəsini yerinə yetirəcəklər.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri ilə saat 01: 00-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzaladığını bildirmişdi.
