Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azaldıbackend

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azaldı

2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 faiz azalaraq 1384,5 min nəfər olub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlarımızın 43,9 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,8 faizi Rusiya Federasiyasına (2,2 faiz az), 12,8 faizi Gürcüstana (13,6 faiz çox), 5,3 faizi İrana (41,2 faiz az), 23,2 faizi isə digər ölkələrə (3,9 faiz az) gedib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.

2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 70,7 faizi hava, 27,4 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*