Ermənistan Daxili İşlər Nazirlyinin Pasport və Viza şöbəsinin müdiri Mnatsakan Biçaxçyan konstitusiya dəyişiklikləri ilə bağlı referenduma hazırlıq məqsədilə hüquq-mühafizə orqanları tərəfindən hansı işlərin görüldüyü barədə açıqlama verib.
KONKRET.az xəbər verir ki, Biçaxyana görə, polislərin iş rejimi fevralın 25-dən etibarən ilkin seçki siyahılarının dərc olunacağı gündən gərgin olacaq.
Seçicilərin yaşayış qeydiyyatı üzrə yoxlanılması referendum günü – 5 aprelə qədər davam edəcək.
Qəribəsi budur ki, polislərin sırasına erməni qızları da cəlb olunub. Bunun səbəbi isə belə izah olunur ki, yoxlamalarda aqressivliyin qarşısını almaq üçün bu üsula əl atılıb.
Yeri gəlmişkən, Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum 5 aprel tarixinə təyin edilib.

