Ermənistan prezidenti Armen Sarkisyan sərsəm paylaşım etdi – FOTObackend

Ermənistan prezidenti Armen Sarkisyan sərsəm paylaşım etdi - FOTO

Ermənistan prezidenti Armen Sarkisyan sərsəm paylaşım edib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, 44 günlük müharibənin başlamasının ildönümü ərəfəsində Ermənistan prezidenti Telegram kanalında Ermənistan və “arsax”dakı bir neçə kilsənin şəkillərini yayımlayıb.

Ən gülməlisi odur ki, siyasi savaddan uzaq, prezidentə layiq olmayan paylaşımında “Gözəl və əziz Vətənimiz!” sözlərini yazıb.

Şəkillərdəki 4 kilsədən 3-ü Azərbaycan ərazisindədir, yalnız 1-i Ermənistandadır. Azərbaycan ərazisini özününkü sayan ölkənin prezidentidirsə, onda onun xalqına nə deyək?!

Şəkillərdə Şuşadakı Xilaskar Məsihin Katedrali (Kazançetsots), Ağdərə bölgəsindəki Vankasar kilsəsi (hər iki kilsə indi Azərbaycanın nəzarəti altındadır),  Qarabağdakı Qandzasar və Ermənistanın Ararat bölgəsindəki Xor Virap monastırları göstərilir.

Xuraman Etibarlı

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*