Ermənistan rəhbərliyi təşvişə düşüb – Paşinyanın dəvətinə Putin cavab verməyibbackend

Ermənistan rəhbərliyi təşvişə düşüb – Paşinyanın dəvətinə Putin cavab verməyib

Konkret.az erməni mənbələrinə istinadla xəbər verir ki, Xarici İşlər Nazirinin müavini Şavaş Koçaryan Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 1-də Avrasiya İqtisadi Birliyinin Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana gəlib-gəlməməsi ilə bağlı heç bir rəsmi cavab yoxdur. Görüşün Ermənistanda olmasını qərara alan Birlik liderlərindən biri olan Putinin  gəlməmək ehtimalı getdikcə böyüyür. Koçaryan eyni zamanda bildirib ki, Zirvə Toplantısı ilə paralel olaraq böyük bir konfrans da keçiriləcək və burada digər ölkələrin liderləri, o cümlədən İran prezidenti də iştirak edəcək.

Vladimir Putinin Ermənistana gəlib-gəlməməsi məsələsi Robert Koçaryan kontekstində də müzakirə olunmaqdadır.

Koçaryanın həbsindən narazı olan Putinin Ermənistana gəlməyəcəyi ilə bağlı bir məlumat kampaniyası gedir. Ermənistana gələcəyi təqdirdə isə onun həbsxanaya baş çəkmək və Robert Koçaryanla görüşmək istəyi ilə bağlı ehtimallar erməni elitasında ciddi müzakirə olunur.

Erməni analitiklər hesab edir ki, Ermənistan-Rusiya münasibətləri bu gün ürəkaçan deyil. Burada həqiqətən “inqilabi” proseslər baş verir.

Şübhə yoxdur ki, Paşinyan-Putin münasibətlərindən çox şey asılıdır. Əsas sual odur ki, Putinin bu münasibətlərdə prioriteti nədir?

Bir həqiqət də budur ki, bu münasibətlərin getdikcə soyuqlaşmasında hər iki ölkə itirəcək. Ermınistanın hansı fövqəldövləti bir müttəfiq kimi itirməsinin bütün detalları aydındır. Amma Rusiya da regionda bu sarıdan axsaya bilər.

Erməni politoloqları hesab edir ki, aprel müharibəsində Rusiyanın böyük günahı var. Siyasi analitiklər bir qədər də qabağa gedərək vurğulayırlar ki, ABŞ və İran müharibəni dayandırmaq üçün göstərilən siyasi səyləri dəstəkləməsəydi, Rusiyanın qaçılmaz şəkildə uzun müddət qlobal məğlubiyyəti ilə sona çatacaqdı.

Daniel İoannisyan

Tanınmış politoloq Daniel İoannisyan özünün “Facebook” səhifəsində yazıb ki, Qərb xüsusi həvəslə Rusiyadan qopmaq üçün əliaçıqlıq edir. Anti-rus platforması genişlənir. Politoloq Ukrayna və Gürcüstanı misal gətirərək qeyd edir ki, anti-rus, anti-Putin səsləri dedi-qodudan daha çox əsaslandırılmış narazılığın detallarına çevrilir.

Ekspertə görə, Ermənistan-Rusiya hərbi ittifaqının özünü anti-Rusiya hərəkatına çevirmək olar. Səbəblər sadədir: Ermənistanın blokadası dərinləşir, Qarabağ münaqişəsi fonunda müxtəlif sosial və iqtisadi problemlər artır, ölkədən gedən ermənilərin sayı kəllə çarxa qalxır.

Rusiya əleyhinə təbliğat ulduz falı səviyəsində olmalı deyil. Yəni bu, bir geosiyasi konyukturdur.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*