Ermənistan Rusiyaya kömək etdiyinə görə, Qərbin şapalağından qorxur.
KONKRET.az-ın məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bu gün jurnalistlərə bildirib ki, İrəvan Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək etmək niyyətində deyil. Və belə çıxır ki, Ermənistanın Qərb tərəfdaşları boş yerə narahatdırlar.
“Təbii ki, bu narahatlığı aradan qaldırmaq üçün biz amerikalı və avropalı tərəfdaşlarımızla danışırıq. Hansı növ mallarla ticarətin əsasının nə olduğunu və AİB razılaşmasını pozmayacağımızı izah edirik. Əslində, erməni şirkətlərinin atdığı addımlar Ermənistanı ikinci dərəcəli sanksiyalara məruz qoymaq məqsədi güdmür”, – deyə Kerobyan haqq qazandırıb.
O, inandırmağa çalışıb ki, Ermənistan özünü bu cür aparmağa məcburdur, çünki o, öz iqtisadi maraqlarından çıxış edir.
Xuraman Etibarlı,
KONKRET.az
