Ermənistan Rusiyaya, KTMT və BMT-yə rəsmən MÜRACİƏT ETDİbackend

Ermənistan Rusiyaya, KTMT və BMT-yə rəsmən MÜRACİƏT ETDİ

Ermənistan hökuməti etiraf etməsə də, özünün törətdiyi silahlı təxribatla bağlı Rusiya, KTMT və BMT Təhlükəsizlik Şurasına müraciət edib.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Hökumət məsələ ilə bağlı artıq Rusiyaya, KTMT-yə və BMT Təhlükəsizlik Şurasına müraciət edib”, – mətbuat xidmətindən bildirilib.

“Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin müddəalarının həyata keçirilməsi üçün Rusiya Federasiyasına rəsmi müraciət etmək barədə qərar qəbul edilib”, – Ermənistan hökuməti bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə, eləcə də Fransa Prezidenti Emmanuel Makrona zəng edib. Daha sonra o, ABŞ dövlət katibi Entoni Blinkenlə danışıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*