Ceyhun Bayramovdan sərhəddə baş verənlərlə bağlı AÇIQLAMAbackend

Ceyhun Bayramovdan sərhəddə baş verənlərlə bağlı AÇIQLAMA

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov sərhəd delimitasiyası məsələlərini müzakirə edərkən Ermənistanı siyasi isteriyadan çəkinməyə və praqmatik bir yanaşma tətbiq etməyə çağırıb.

Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ceyhun Bayramov daha sonra Azərbaycan və Ermənistanın əvvəllər heç vaxt dövlət sərhədlərini delimitasiya etmədiklərini xatırladıb.

“Erməni tərəfinin suallara, hətta fikir ayrılıqlarına səbəb olan hər hansı bir iddiası və məqamı varsa, beynəlxalq səviyyədə tanınan həll mexanizmləri var. Mexanizm ondan ibarətdir ki, dövlətlər lazım gələrsə işçi qrupu və mütəxəssislərin cəlb olunduğu bir komissiya yaradırlar”, – deyə nazir vurğulayıb.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*