Ermənistan SQ-nin Baş Qərargah rəisinə müavin TƏYİN EDİLDİbackend

Ermənistan SQ-nin Baş Qərargah rəisinə müavin TƏYİN EDİLDİ

General-mayor Kamo Koçuns Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini təyin edilib.

KONKRET.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

K.Koçunsdan əvvəl bu vəzifədə Arşak Karapetyan çalışıb. O, hazırda Ermənistanın müdafiə naziridir.

Qeyd edək ki, K.Koçuns 8 il sovet ordusunda xidmət edib. Əfqanıstan müharibəsi veteranıdır. 1985-1987-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olub. 1992-1994-cü illərdə Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlarının işğalında iştirak edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*