Ermənistan suverenliyini tamamilə itirib – Badalyan – VİDEObackend

Ermənistan suverenliyini tamamilə itirib - Badalyan - VİDEO

“Biz öz suverenliyimizi tamamilə itirmişik, o, bizdə ümumiyyətlə yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni bloger Mika Badalyan deyib. O, Ermənistanın getdikcə necə “yoxa çıxdığını”, ancaq adının xəritədə qaldığını təəssüf hissi ilə bildirib.

“Bizdə müsbət proseslər, islahatlar gedir, amma bu islahatların bizə aidiyyəti yoxdur, orduda da hansısa işlər görülür. Bunun da Ermənistanın hərbi-siyasi rəhbərliyinə aidiyyəti yoxdur… Daxildə heç bir dəyişiklik yoxdur, bütün islahatlar, gedən müsbət proseslər kənar oyunçuların hesabınadır. Adamda belə bir təəssürat yaranır ki, Ermənistan bizim özümüzdən çox xəritədə lazımdır”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*