Ermənistan tərəfindən Türkiyə və Azərbaycan üçün daha bir TƏHLÜKƏbackend

Ermənistan tərəfindən Türkiyə və Azərbaycan üçün daha bir TƏHLÜKƏ

İkinci Qarabağ müharibəsi bitdikdən sonra erməni radikalları nüvə silahlarını potensial qisas növü kimi gördülər (bax “Erməni qəzeti Azərbaycana qarşı nüvə silahı istifadə edilməsinə çağırdı”). Fikir absurd görünür. Amma Ermənistan həqiqətən çökməkdə olan reaktiv nüvə obyektinə sahib olduğunu unudur. Metsamor AES yalnız Ermənistanın özü üçün deyil, qonşu dövlətlər üçün saatlı bombadır. Sovet dövründən qalma çürümüş nüvə elektrik stansiyası hər an partlaya bilər. Türkiyə sərhədindən cəmi 16 kilometr məsafədə yerləşən Metsamor atom elektrik stansiyasının dünyanın ən qədim nüvə obyektlərindən biridir. 1976-cı ildə inşa edilmiş nüvə stansiyası, V270 modeli olan VVER-440 iki nüvə reaktorundan ibarətdir.

Nüvə elektrik stansiyasında da kifayət qədər seysmik müqavimət yoxdur. Vulkanik olaraq aktiv bölgə 8 bal gücündə zəlzələlərə meyllidir. AES isə ancaq 7 bal gücündə zəlzələyə tab gətirə bilər. Bütün bu problemlərdən dolayı Sovet hakimiyyəti bu obyekti 1988-ci ildə bağladı. Lakin Ermənistan 1995-ci ildə enerji çatışmazlığı səbəbindən yenidən açdı. Müəssisə hazırda Ermənistanın enerji ehtiyacının demək olar ki, 40% -ni ödəyir. Buna görə də təhlükəsizlik məsələləri qətiyyən nəzərə alınmır.

SSRİ-nin dağılmasından sonra Avropa Birliyi Sovet İttifaqı dövründə, xüsusən Bolqarıstan və Slovakiyada mümkün olan hər cür təhlükə yaradan atom elektrik stansiyalarının əksəriyyətinin istismarının dayandırılmasına nail oldu.

Bənzər səylər sivilizasiya üçün ən təhlükəli sayılan Metsamora qarşı da edildi. Amma bütün səylər boşa getdi. Ermənistan AB-nin ölkənin enerji ehtiyaclarını ödəmək üçün 200 milyon avro qarşılığında nüvə stansiyasını bağlamaq çağırışını rədd etdi. Bir müəssisənin bağlanması ümidlərini kəsən AB, elektrik stansiyasında təhlükəsizlik standartlarını yaxşılaşdırmağa kömək etdi.

Ermənistan rəsmiləri və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) veb-saytı son 20 ildə təhlükəsizlik baxımından əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını və dünyanın digər atom elektrik stansiyaları kimi etibarlı vəziyyətə gətirildiyini söylədi. Bununla belə, VVER-440-ın bədnam Çernobıl nüvə stansiyası kimi bir məhdudiyyətə sahib olmadığını nəzərə alsaq, bu stansiyanın təhlükəsizliyi hələ də sual altındadır. Əslində, bir çox mütəxəssis hələ də Ermənistan nüvə stansiyasını dünyanın ən təhlükəli nüvə obyektlərindən biri hesab edir. Müəssisənin ilkin istismardan çıxarılması 2016-cı il üçün planlaşdırıldı. Lakin Rosatom ilə razılığa əsasən bu tarix 2026-a təxirə salındı.

Əvvəllər nümunəvi bir Sovet şəhəri kimi göstərilən Metsamor hazırda təxminən 10 min insanın yaşadığı şəhərdir. BBC-nin verdiyi məlumata görə, 2019-cu ilin may ayında şəhərdə elektrik enerjisi kəsildi. Hökumət və yerli sakinlər yüksək risklərə baxmayaraq, nüvə elektrik stansiyasının yenidən işə salınması faktını qəbul etmək məcburiyyətində qaldılar. Bununla belə, bu nüvə elektrik stansiyasının fəaliyyəti yalnız yerləşdiyi şəhər üçün deyil, həmçinin Türkiyə kimi qonşu ölkələrə də mənfi təsir göstərir. 2009-cu ildə Türkiyənin Atom Enerjisi İdarəsi (TAEK) qonşu ölkələrdə Metsamor da daxil olmaqla üç nüvə elektrik stansiyasının təhlükəsi barədə xəbərdarlıq etmişdi. 1990-cı illərdən bəri Ermənistanla diplomatik əlaqəsi olmayan Ankara İrəvanı nüvə elektrik stansiyasını Türkiyə üçün təhlükəli olduğu üçün bağlamağa çağırdı. Altı il əvvəl Ankara stansiyanın bağlanması tələbi ilə BAEA-ya rəsmi müraciət etmişdi. Lakin bütün müraciətləri Ermənistan qulaqardına vurur. Təhlükə isə günbəgün böyüyür.

“Sabah” qəzeti.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*