Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə başlamağa hazırdır, bu məsələ rusiyalı həmkarları ilə də müzakirə olunur.
KONKRET.az xəbər verir ki, o, bu barədə bu gün keçirilən brifinqdə deyib.
“Həm Ermənistan, həm də Türkiyə hər iki tərəfdən müsbət siqnalların olduğunu qeyd edir”, – deyə Armen Qriqoryan bildirib.
Jurnalistlərin Türkiyənin Zəngəzur dəhlizinin yaradılması məsələsini ilkin şərt kimi irəli sürə biləcəyi ilə bağlı şərhinə Qriqoryan cavab verib ki, Ermənistanın bu məsələdə mövqeyi aydındır.
“Danışıqlarda bəzi dəhlizlərin açılması məsələsi müzakirə olunmur. Vacib açıqlama baş nazirin müavinləri səviyyəsində üçtərəfli komissiyada qeyd edilib. Yəni açılacaq bütün yollar keçdikləri ölkələrin suverenliyi altında qalacaq. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk da danışıb. Və bu mövzuda hər hansı fərziyyə yersizdir” – deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Armen Qriqoryan onu da bildirib ki, 44 günlük müharibə başa çatdıqdan sonra dekabrda Ermənistan qoşunlarının bəzi mövqelərdən çıxarılması barədə qərar təkcə baş nazir Nikol Paşinyan tərəfindən verilməyib. Bununla bağlı Təhlükəsizlik Şurasının xüsusi iclası da olmayıb. Lakin qərar Təhlükəsizlik Şurasının bütün üzvlərinin iştirakı ilə uzun sürən müzakirələrin nəticələrindən sonra qəbul edilib.
Xuraman Etibarlı
KONKRET.az
