“Ermənistan – Türkiyə sərhədi gələn il açılacaq”.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan İqtisadiyyat Nazirliyinin rəhbəri Vahan Kerobyan deyib. O, gələn il Ermənistan -Türkiyə sərhədinin açılmasını mümkün hesab edir.
“Ermənistan-Türkiyə sərhədinin Ermənistan iqtisadiyyatına təsirindən danışmaq hələ tezdir. Bu, dövlətin və ölkə vətəndaşlarının maraqları qorunduğu zaman bəlli olacaq. Bunun artıq gələn il baş verə biləcəyi istisna edilmir”, – deyə İqtisadiyyat naziri bildirib.
Xuraman Etibarlı
KONKRET.az
