“Mənim fikrimcə, Ermənistanın KTMT-dən çıxması qaçılmazdır. Bu o deməkdir ki, Ermənistan Rusiyadan ayrı, Rusiya isə Ermənistandan ayrı yaşayacaq”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq və şərqşünas Yevgeni Satanovski deyib.
O bildirib ki, Rusiya ictimaiyyəti üçün erməni gündəmi bitib.
“Ermənistanın Rusiya ilə münasibətlərində nələrin baş verəcəyini heç kim proqnozlaşdıra bilməz. Bütün bunların necə bitəcəyi sırf Ermənistan rəhbərliyinin işidir. Sonra isə bu, erməni xalqının mövqeyindən asılıdır”, – deyə Satanovski qeyd edib.
Rusiyalı politoloqun sözlərinə görə, Paşinyan ona görə hakimiyyətə gəlib ki, Rusiyanın Ermənistandakı varlığını aradan qaldırsın, Ermənistanda NATO bloku olsun. Bunun Ermənistan üçün necə bitəcəyi Paşinyana qətiyyən maraqlı deyil. Bu baxımdan o, Zelenskiyə bənzəyir. Onları eyni adamlar və eyni məqsədlərlə hakimiyyətə gətirdilər”, – deyə Satanovski əlavə edib.
Politolqun fikrincə, Ermənistan Türkiyə vilayətinə çevrilə bilər.
“Əgər işlər belə davam edərsə, o zaman Ermənistan Türkiyənin vilayətinə çevrilə bilər. Görünür, Ermənistan əhalisi baş verənlərdən razıdır. Mən Ərdoğanı tanıyıram, nə dediyini çox gözəl anlayıram, nə etdiyini görürəm. Necə olur ki, bundan xəbərsiz olasan?”, – deyə Satanovski əlavə edib.
Günel Mikayılova,
KONKRET.az