Merts Kiyevə getdi, Almaniyada isə həyəcan siqnalı çalındı – “Ukraynanın məğlubiyyəti fəlakət olar”backend

Merts Kiyevə getdi, Almaniyada isə həyəcan siqnalı çalındı – “Ukraynanın məğlubiyyəti fəlakət olar”

Almaniya kansleri Fridrix Mertsin oktyabrın 4-də Kiyevə səfəri ölkə mediasının əsas müzakirə mövzularından birinə çevrilib.

KONKRET.az xəbər verir ki, alman jurnalistləri bir tərəfdən kansleri qətiyyətinə görə tərifləyir və səfəri Kremlin təzyiqlərinə verilən güclü cavab kimi qiymətləndirirlər. Digər tərəfdən isə Mertsin Kiyevə səfərinin

Almaniyanın özündə onun üçün mürəkkəb siyasi vəziyyət fonunda baş tutduğuna diqqət çəkirlər.

“Süddeutsche Zeitung” yazır ki, Mertsin rəhbərlik etdiyi hökumət koalisiyasının gələcəyi heç vaxt indiki qədər qeyri-müəyyən olmayıb.

“Buna görə də beynəlxalq arenada parlaq kansler obrazı ölkə daxilindəki ‘axsaq’ kansler imicini müəyyən qədər kölgədə qoymalıdır. Bu planın işləyib-işləməyəcəyi isə açıq sualdır. Bir məsələ isə aydındır: Vladimir Zelenski və Ukrayna üçün Almaniyanın hazırkı federal hökumətinin uğursuzluğu fəlakət olardı”, – nəşr qeyd edir.

“Rheinische Post” isə Mertsin ölkə daxilində ciddi siyasi təzyiq altında olduğunu yazır.

“Mertsi Almaniyada Ukraynaya göstərilən milyardlarla avroluq yardıma görə getdikcə daha çox tənqid edirlər. Sağ və sol cinahlardakı populistlər illərdir islahatların həyata keçirilməsini Ukraynaya maliyyə yardımı ilə qarşı-qarşıya qoymağa çalışırlar. Bu prosesdə onlar çox vaxt Rusiya təbliğatının təsirli dəstəyindən yararlanırlar”, – qəzet vurğulayır.

“Frankfurter Allgemeine Zeitung” isə qarşıdakı qışın Ukrayna üçün olduqca ağır keçə biləcəyini qeyd edir.

“Növbəti qışda Kremlin Ukraynanı nəhayət diz çökdürmək niyyətində olduğunu göstərən çoxsaylı əlamətlər var. Lakin müharibənin beşinci ilində buna imkan vermək olmaz. Ukraynada Avropanın, o cümlədən

Almaniyanın təhlükəsizliyi və azadlığı müdafiə olunur. Buna görə də Ukraynanın müqaviməti mümkün qədər geniş şəkildə dəstəklənməlidir”, – nəşr yazır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*