Ermənistan Türkiyəyə görə ASALA terrorçusunun qalıqlarını panteona QOYMADIbackend

Ermənistan Türkiyəyə görə ASALA terrorçusunun qalıqlarını panteona QOYMADI

Ermənistan Müdafiə Nazirliyi A.S.A.L.A terrorçusunun qalıqlarının “Yerablur”da basdırılmasını qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Dünən bütün ermənilərin katolikosu II Qareginin və Erməni Apostol Kilsəsinin yüksək rütbəli ruhanilərinin iştirakı ilə Ermənistanın ASALA terror təşkilatının üzvü  Pyer Qulumyanın dəfn mərasimi keçirilib.

Terroristin qalıqları İrəvandakı Şaumyan qəbiristanlığında dəfn edilib.

Pyer Qulumyan ASALA-nı Avropa bölgəsində təmsil edirdi. O, bir çox terror hadisələrini, o cümlədən 1981-ci il martın 4-də Parisdə iki yüksək rütbəli türk diplomatının qətlə yetirilməsini təşkil edib və şəxsən iştirak edib.

1982-ci il avqustun 2-də Parisdə qəza nəticəsində ölüb. Gəbərən terroristin qalıqları 40 ildən sonra Parisdən Ermənistana gətirilib. Onun qalıqları Yerablur hərbi panteonunda dəfn edilməli idi. Terrorçunu qəhrəmanlaşdıran ermənilər ona 23 ildir ki, həmin panteonda məzar da ayırıblar.

Lakin Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə zərər verə biləcəyindən ehtiyat edərək Qulumyanın qalıqlarının “Yerablur”da dəfn edilməsinə icazə verməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*