“Ermənistan üçün Rusiyaya qarşı çıxmaq oturduğun ağacın budağını kəsməyə bərabərdir” – Perenciyevbackend

“Ermənistan üçün Rusiyaya qarşı çıxmaq oturduğun ağacın budağını kəsməyə bərabərdir” - Perenciyev

“Ermənistan üçün Rusiyaya qarşı çıxış etmək oturduğun ağacın budağını kəsməyə bərabərdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Aleksandr Perenciyev deyib. Onun fikrincə, “Sasna Çrer” partiyasının fəaliyyəti Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini açıq şəkildə nümayiş etdirir.

“Bu Ermənistanın özündə milli təhlükəsizliyə, iqtisadiyyatın və sosial sahənin vəziyyətinə necə təsir edə bilər? Hesab edirəm ki, “Sasna Çrer”in anti-Rusiya fəaliyyəti ilk növbədə Ermənistan Respublikasının özünə, eləcə də ermənilərə ziyan vurur. “Sasna Çrer”in bütün üzvləri və tərəfdarları çox dərin yanılırlar, onlar bu dünyada Rusiyadan başqa heç kimə lazım deyillər”, – politoloq vurğulayıb.

Perenciyev onu da əlavə edib ki, Ermənistanın geosiyasi mövqeyi rəsmi Moskvadan başqa heç bir beynəlxalq qurumda maraq doğurmur.

“Yeri gəlmişkən, mən təklif edirəm ki, bir çox ekspertlər və siyasətçilər Ermənistanın Cənubi Qafqazın bir hissəsi olan xəritəsinə çox diqqətlə baxsınlar və aşağıdakı suallara cavab versinlər:

Belə bir dövlət qədim zamanlardan yarana bilərmi (dənizə və əsas nəqliyyat kommunikasiyalarına heç bir çıxış imkanı yoxdur və heç görünmür də). Sizcə, belə bir siyasi savad çox, həm də çox süni deyilmi?

Ekspert onu da əlavə edib ki, ermənilərin, o cümlədən sadəcə düşünən, vətəni üçün məsuliyyət daşıyan siyasətçilər, ekspertlər və vətəndaşlar üçün bu faktlara diqqət çəkməsi artıq olmaz.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*