Ermənistan və Azərbaycan arasında açılan yollar keçdikləri ölkənin yurisdiksiyasında qalacaq – Overçuk – VİDEObackend

Ermənistan və Azərbaycan arasında açılan yollar keçdikləri ölkənin yurisdiksiyasında qalacaq - Overçuk - VİDEO

Ermənistan və Azərbaycan tərəfindən kommunikasiyaların açılmasından sonra yaradılan yollar keçdikləri ölkənin yurisdiksiyasında qalacaq.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk Nikol Paşinyanla keçirilən görüşdə deyib.

Əvvəlcə Paşinyan Ermənistanın regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında və blokadadan çıxarılmasında maraqlı olduğunu bəyan edib.

“Ermənistan Azərbaycan ərazisindən avtomobil və dəmir yolu, Azərbaycan isə Naxçıvanla birləşdirən yollar da daxil olmaqla Ermənistan ərazisindən dəmir yolu və avtomobil rabitəsi almalıdır”, – deyə o bildirib.

Daha sonra Aleksey Overçuk yolların bugünkü real vəziyyətindən və konkret həllərindən danışıb. “Ermənistan və Azərbaycan tərəfindən kommunikasiyaların açılmasından sonra yaradılan yollar keçdikləri ölkənin yurisdiksiyasında qalacaq”, – deyə Overçuk vurğulayıb.

Həmin görüşdən videonu təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*