Ermənistan vətəndaşı minaya düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanın Qeqarkunik rayonunda bir nəfər minaya düşüb.
Məlumata görə, 31 yaşlı Suren L. ehtiyatsızlıqdan “öz qazdıqları quyuya düşüb”. Mina partlamasından xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə oktyabrın 2-də axşam saatlarında baş verib.
Xuraman Etibarlı,
KONKRET.az
