“Ermənistan Volkovu Kəlbəcər təxribatı ilə qarşıladı” – Generalbackend

"Ermənistan Volkovu Kəlbəcər təxribatı ilə qarşıladı" - General

Dünən Azərbaycan və Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarına yeni komandanın təyin edildiyi gün bu terror aktının törədilməsinin heç bir məntiqli açıqlaması yoxdur. Tək bir səbəb var. O da budur ki, Ermənistan Qazaxıstandakı mövcud durumu və yeni rus komandanın təyinatını fürsət bilərək, son aylarda Kəlbəcərdə vəziyyətin gərginliyi və burya xarici hərbi müdaxilənin “vacibliyini” göstərmək üçün yeni bir bəhanə axtarırlar.

KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Ermənistanın törətdiyi terror aktları ilə bölgədə vəziyyətin gərgin olduğu görüntüsünü vermək istədiyini qeyd edib:

“Ermənistanın digər məqsədi isə Azərbaycanı yanlış və düşünülməmiş addımlar atmağa təhrik etməkdir. Hər zaman vurğuladığımız kimi, şəhid olan və yaralanan hər bir Azərbaycan əsgərinin intiqamı mütləq alınmalı, atəşin açıldığı silah sistemləri, post və atəş açan erməni terrorçuları yox edilməlidir – necə ki, ötən gün bu baş verdi. Azərbaycan Ordusunun törədilən terror aktına layiqli cavab verdiyinə artıq kimsə şübhə etmir. Lakin Azərbaycanın Ermənistanın hazırladığı tələyə düşməməsi çox vacib məsələdir.

Son nəticədə bu terror aktı bir təsadüf deyil və Ermənistan sülhməramlıların yeni komandanına “xoş gəldin” mesajı verməyə çalışır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*