“50 mindən çox rus dərsliyi Ermənistan qanunvericiliyinə uyğun olaraq ekspertizadan keçirilir”.
KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dərsliklərin respublikanın məktəblərinə göndərilməsi prosesi dayandırılmayıb.
Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov Ermənistanda rusdilli dərsliklərin məktəblərə paylanması prosesini dayandırıldığını açıqlayıb. O bildirib ki, Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi buna tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti yarandığnı bəhanə gətirib.
Günel Mikayılova,
KONKRET.az