“Ermənistan xarici siyasətinə yenidən baxmalıdır” – Artur Atayevbackend

"Ermənistan xarici siyasətinə yenidən baxmalıdır" - Artur Atayev

“Düşünürəm ki, Ermənistanın çoxvektorlu xarici siyasətini qoruyarkən transformasiya və Rusiya ilə daha fəal, real və təsirli əməkdaşlıq lazımdır. Məncə Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya-Ermənistan münasibətlərini zəiflədən əhəmiyyətli bir addım KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılması idi ki, bu da çox yanlış qərar idi. Bu, hərbi-strateji sahədə Rusiya amilinin o qədər də vacib və lazımlı olmamasının bir simvolu idi. Bu, səhv bir strategiya idi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Artur Atayev “Sputnik Armeniya”ya açıqlamasında deyib. Politoloqun fikrincə, yanlış strategiya İrəvan və Moskva arasında münasibətlərə çox pis təsir göstərdi. Hətta bundan erməni diasporu da ciddi zərər gördü. İndi Rusiyadakı ən güclü diasporlardan biri olan erməni diasporu hazırda güncə sıxılmış vəziyyətdədir. Bu isə Ermənistanın milli maraqlarının əleyhinə işləyən faktordur. Ona görə də Ermənistan xarici siyasətinə yenidən baxmalıdır”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*