Ermənistan xarici işlər naziri Zöhrab Mnaçakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
Onun sözlərinə görə, hazırda Zöhrab Mnaçakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.
Qeyd edək ki, Zöhrab Mnaçakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.