Ermənistana yük daşıyan Iran maşını aşdı – Xeyli sayda yaralı varbackend

Ermənistana yük daşıyan Iran maşını aşdı - Xeyli sayda yaralı var

Ermənistanda İrəvan-Meğri avtomobil yolunun 329-cu km-liyində İran İslam Respublikası dövlət nömrə nişanlı “Scania” markalı yük maşını “QAZel” markalı mikroavtobus ilə toqquşub. Nəticədə 6 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, yük maşınının qarşı tərəfin hərəkət zolağına çıxması nəticəsində qəzanın baş verdiyi ehtimal edilir. Mikroavtobus Qafan-Qacaran marşrut xəttində xidmət edir. “Scania” isə Ermənistanın Qafan rayonuna gedirmiş./Oxu24.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*