Ermənistanda 17 partiya Paşinyanın istefasını tələb edir – BİRGƏ BƏYANATbackend

Ermənistanda 17 partiya Paşinyanın istefasını tələb edir - BİRGƏ BƏYANAT

Ermənistanın 20-yə yaxın siyasi partiyası birgə bəyanat yayaraq hökumətin və baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, 17 partiyanın imza atdığı sənəddə Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və Ermənistanın hərbi-siyasi rəhbərliyinin mövcud problemlərin öhdəsindən gələ bilmədiyi qeyd olunub.

Bu baxımdan siyasi partiyalar Paşinyan və onun kabinetinin könüllü və dinc şəkildə istefasını, dərhal yeni hökumətin qurulmasını tələb edirlər.

Bəyanatı “Azadlıq”, “Milli Təhlükəsizlik”, “Milli Demokratik Birlik”, “Alyans”, “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun”, “Həmrəylik”, “Ermənistanın Milli Liberal Birliyi”, Ermənistanın Respublika Partiyası, “Ermənistan Xristian Demokratik Birliyi”, “Vətən”, “Vahid Ermənistan” və digər partiyalar imzalayıblar.virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*