Volkswagen və Audi təxminən 1 milyon avtomobili geri çağırır – sükanla bağlı təhlükəbackend

Volkswagen və Audi təxminən 1 milyon avtomobili geri çağırır – sükanla bağlı təhlükə

Almaniyada Volkswagen və Audi markalı təxminən 900 min avtomobil sükan idarəetməsinin sıradan çıxması riski ilə əlaqədar geri çağırılır.

KONKRET.az xəbər verir ki, siyahıda Golf, Tiguan, Touran və Q3 modelləri də var.

Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinin (KBA) məlumatına görə, ölkədə təxminən 900 min Volkswagen və Audi avtomobilində sükan mexanizmini bərkidən boltla bağlı problem aşkarlanıb. Bolt korroziyaya məruz qala və nəticədə qırıla bilər. Bu isə xüsusilə parklanma və aşağı sürətlə manevr zamanı avtomobilin idarəolunmaz vəziyyətə düşməsinə səbəb ola bilər.

Problemin aradan qaldırılması üçün həmin bolt dəyişdirilməlidir. Avtomobil sahiblərinə rəsmi servis mərkəzlərinə müraciət edərək avtomobillərini pulsuz yoxlatdırmaq və təmir etdirmək təklif olunur.

Geri çağırma tədbiri 2013-cü il sentyabrın 1-dən 2024-cü il iyulun 1-dək istehsal olunan Volkswagen Tiguan, Touran, Golf Variant, Caddy və Golf modellərinə şamil edilir. Dünyada bu problemdən təsirlənə biləcək avtomobillərin sayı təxminən 2,16 milyon təşkil edir.

Eyni problem Audi Q3 modellərində də aşkarlanıb. Söhbət 2017-ci il oktyabrın 31-dən 2024-cü il mayın 23-dək istehsal olunan avtomobillərdən gedir. Dünyada təxminən 700 min Audi Q3 bu risklə üzləşə bilər. Onlardan 58 555-i Almaniyada istismar olunur.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*