Ermənistanda COVID-19 sürətlə yayılırbackend

Ermənistanda COVID-19 sürətlə yayılır

Ermənistanda son sutka ərzində daha 984 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 118 min 870 nəfərə çatıb. Onlardan 78 min 343-ü sağalıb. Ölkədə 38 min 253 aktiv koronavirus xəstəsi var.

Son 24 saat ərzində daha 23 nəfərin vəfatı ilə virusdan ölənlərin sayı 1 811-ə çatıb.

Qeyd edək ki, Ermənistanda pandemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*