“Ermənistanda “Daşnaksütyun”un fəaliyyəti dayandırılmalıdır” – Erməni deputatbackend

"Ermənistanda "Daşnaksütyun"un fəaliyyəti dayandırılmalıdır" - Erməni deputat

“Daşnaksütyun”un Ermənistandakı nümayəndəliyi bağlanmalıdır.

KONKRET.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vaqarşak Akopyan Ermənistan müxalifət blokundan olan deputatlara müraciətində bildirib.

O bildirib ki, “Daşnaksütyun”un Ermənistanda fəaliyyəti dayandırılmalıdır.

“Daşnaksütyun”un tarixi boyu nə işlə məşğul olduğunu təhlil etsək, o zaman onun Ermənistandakı nümayəndəliyinin qapıları bağlanmalı olacaq.

Çünki ən azı son illərdə Ermənistana heç bir maddi fayda gətirməmisiniz. Görün, siz 20 ildə ölkəni nə vəziyyətə gətirmisiniz”, – deyə Akopyan bildirib.

Onun sözlərinə görə, Muş və Sasun haqqında vətənpərvər mahnılar oxumaqla “Daşnaksütyun” və keçmiş hakimiyyət ölkəni fəlakətin astanasına gətirib.

“Ölkəni fəlakət astanasına gətirmisin və bu, acı reallıqdır”, – Akopyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*