Ermənistanda hərbçi valideynləri Paşinyanın “Yerablur”u ziyarətinə etiraz etdilər  – VİDEObackend

Ermənistanda hərbçi valideynləri Paşinyanın “Yerablur”u ziyarətinə etiraz etdilər - VİDEO

Ermənistan Prezidenti Armen Sarkisyan, Baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər yüksək vəzifəli şəxslər bu ölkənin Müstəqillik Günü münasibətilə “Yerablur” hərbi panteonuna yollanıblar.

KONKRET.az xəbər verir ki, 44 günlük müharibədə ölənlərin valideynləri isə məzarlıqda toplaşaraq buna etiraz ediblər.

Onlar Paşinyanın panteonu ziyarət etmək hüququnun olmadığını bildiriblər və onu övladlarının məzarının yaxınlığına buraxmayacaqlarını deyiblər. Bu səbəbdən hökumət nümayəndələrinin korteji gəldikdən sonra valideynlər güc yolu ilə panteondan uzaqlaşdırılıb.

Yerablurdakı jurnalistlərin işi də məhdudiyyətlərlə başlayıb: bir neçə kvadratmetrlik xüsusi bir sahə qırmızı lentlə hasarlanıb, jurnalistlərin bu ərazidən çıxmasına, vəzifəli şəxslərə yaxınlaşmasına və onlara sual verməsinə icazə verilməyib.

Hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin ölən hərbçilərin valideynləri və jurnalistlər arasında canlı sədd yaradıblar, bu səbəbdən KİV nümayəndələri onlara da sual verə bilməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*