Ermənistanda hotellər satışa çıxarılır – Alıcı isə yoxdurbackend

Ermənistanda hotellər satışa çıxarılır – Alıcı isə yoxdur

Ermənistanın Çaxkadzordakı Qızıl Saray oteli ötən ilin sonlarından satışa çıxarılsa da, müştərisi hələ çıxmayıb.

KONKRET.az xəbər verir ki, bu gün elan olunan hərracın baş tutmayacağı bildirilib.

Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin sədri Narek Babayan bəyan edib ki, artıq bir neçə beş ulduzlu otel satışa çıxarılıb. Səbəb isə hotellərin iqtisadi gəlirliiyinin az olması ilə bağlıdır.

“Bu məsələ hökuməti ciddi düşündürməlidir”, – deyən Babayan məlumat verib ki, hökumətin qərarı ilə altı ayda üç dəfə hərracın təşkili planlaşdırılır. Hərrac baş tutmasa, prosedurun necə olacağı hələ məlum deyil.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*