Ermənistanda ilk dəfə keçiriləcək – Azərbaycanlılar da qatılırbackend

Ermənistanda ilk dəfə keçiriləcək – Azərbaycanlılar da qatılır

16 yaşadək basketbolçuların C divizionu üzrə Avropa çempionatı ilk dəfə olaraq İrəvanda keçiriləcək.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Basketbol Federasiyası yayıb.

Kişilər arasında U-16 C divizionu üzrə Avropa çempionatının 2026-cı ildəki təşkilat hüququ İrəvana verilib. Turnir 2026-cı il iyulun 4-dən 12-dək keçiriləcək.

İştirakçı yığmalar bunlardır: Ermənistan, Albaniya, Azərbaycan, Moldova, San-Marino, Malta, Cəbəllütariq, Andorra, Kosovo.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*