Ermənistanda koronavirusdan ölənlərin sayı 1 800-ə çatırbackend

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 800-ə çatır

Ermənistanda daha 549 nəfərdə koronavirus aşkarlanıb.

KONKRET.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 117 886-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 25 nəfər artaraq 1 788-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 454-ə yüksəlib.

İndiyədək 75 865 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 39 779 aktiv koronavirus xəstəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*