ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdibackend

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb.

Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və “Politico” nəşrinin jurnalistlərini Ağ Evə buraxmamaq qərarını qanunsuz hesab edib.

KONKRET.az xəbər verir ki, sözügedən media qurumlarının jurnalistlərinin Ağ Evə girişinə məhdudiyyətin tətbiq ediləcəyi barədə sentyabrın 18-də açıqlama verilmişdi.

Qadağadan təsirlənən media qurumları mətbuat azadlığına dair konstitusion hüquqlarının pozulduğunu əsas gətirərək məhkəməyə müraciət ediblər.

Hakim Kelli qərarında jurnalistlərin Ağ Evə giriş icazələrinin ləğvinin “böyük ehtimalla onların konstitusion hüquqlarını pozduğunu” bildirib. Qərara əsasən, administrasiya həmin jurnalistlərin Ağ Evə girişini bərpa etməlidir.

Bundan əvvəl Donald Tramp Ağ Ev rəhbərliyinin “saxta xəbərlərə qarşı mübarizə apardığını” bildirmişdi. ABŞ Ədliyyə Nazirliyi isə jurnalistlərin Ağ Evə girişinə məhdudiyyət qoyulmasını milli təhlükəsizlik mülahizələri ilə əsaslandırmışdı.

Sentyabrın 21-də Ağ Evin jurnalistlər qrupuna daxil olan aparıcı telekanallar, o cümlədən Respublikaçılar Partiyasına yaxınlığı ilə tanınan “Fox News”, etiraz əlaməti olaraq Ağ Evdən canlı yayımları dayandırıb. Trampın çıxışı isə efirdə səssiz yayımlanıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*