Ermənistanda koronavirusdan ölənlərin sayı artdıbackend

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda daha 1 476 nəfərdə koronavirus aşkarlanıb.

KONKRET.az bu barədə erməni mediasına istinadən xəbər verir.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 132 346 nəfərə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 090-a çatıb.

COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 527-yə yüksəlib.

İndiyədək 105 149 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 24 580 aktiv koronavirus xəstəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*