Ermənistanda İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayışda çoxsaylı insane ölümləri ilə bağlı 2 günlük matəm elan olunub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın qərarı ilə 17-18 avqust Ermənistanda matəm günləri olacaq.
Hadisə zamanı 16 nəfərin öldüyü, 3 nəfərin itkin düşdüyü məlumdur.
12:49
İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar hökumət matəm günü elan edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə News.am-a Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Matəm gününün tarixi axtarış-xilasetmə işlərinin başa çatmasından sonra müəyyən ediləcək.
Qeyd edək ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib, 10 nəfər itkin düşmüş hesab olunur.
