Ermənistanda  peyvənd olunmayanlar dekabrdan COVID-19-dan öz vəsaitləri ilə müalicə olunacaqlarbackend

Ermənistanda peyvənd olunmayanlar dekabrdan COVID-19-dan öz vəsaitləri ilə müalicə olunacaqlar

Ermənistanda peyvənd olunmayan vətəndaşların dekabrın 1-dən koronavirusdan öz vəsaitləri hesabına müalicə olunacaqları istisna edilmir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Qeyri-infeksion xəstəliklər və xəstəxanadaxili infeksiyaların epidemiologiyası şöbəsinin müdiri Romela Abovyan hökumətin mətbuat xidmətinə müsahibəsində bildirib.

“İstisna edilmir ki, peyvənd olunmayan vətəndaşlar dekabrın 1-dən etibarən koronavirusdan öz vəsaitləri hesabına müalicə olunsunlar. Beynəlxalq şirkətlərin qeyd etdiyi kimi, digər ölkələrin təcrübəsi də peyvəndin bu xəstəliyə qarşı mübarizənin ən təsirli vasitəsi olduğunu göstərir”, – o deyib.

Abovyan qeyd edib ki, Ermənistan lokdaun məsələsi hələ müzakirə olunmur. “Digər ölkələrin təcrübəsinin öyrənilməsi nəticəsində məlum olub ki, indiki məhdudiyyətlər daha effektivdir”, – Səhiyyə Nazirliyinin rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*