Ermənistanda bir nəfər polis idarəsini partlatmaqla hədələyib.
KONKRET.az xəbər verir ki, avqustun 21-də saat 22:25 radələrində polisə zəng edən şəxs Aştarak polisini bomba hədəsi ilə polisi şantaj edib. O, onun dostunu 10 dəqiqəyə buraxmasalar, polis şöbəsinin binasını partladacağını və şöbənin rəhbərliyinə xəsarət yetirəcəyini bildirib.
Aştarak rayon polis şöbəsinin əməkdaşları zəng edən şəxsin kimliyini və yerini dəqiqləşdirib. Zəngdən 25 dəqiqə sonra 42 yaşlı kişi tapılaraq saxlanılıb.
Cinayət işi başlanıb. 42 yaşlı kişi Aştarak RPŞ-nin təcridxanasına aparılıb. Faktla bağlı ilkin araşdırma aparılır.
Xuraman Etibarlı,
KONKRET.az
